Ağstafada 3 mağazadan oğurluq cəhdi: ikisi alınmadı
Ağstafada 3 mağazadan oğurluğa cəhd edilib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Stansiya Poylu qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər Emin Hüseynov və Pənah Aslanovun marketlərini qarət etmək cəhdi alınmasa da, Məsim Hüseynovun obyektini yara biliblər. Oğrular əvvəlcə mağazanın elektrik enerjisinin verilişi dayandırmaq məqsədilə naqilləri kəsib, sonra isə kilidi qıraraq içəri daxil olublar. Məsim Hüseynov bir neçə saat sonra gələndə mağazanın qarət olunduğunu görüb. Obyektdən təxminən 400 manat dəyərində müxtəlif ərzaq məhsulları, siqaret və spirtli içki aparılıb.
Qeyd edək ki, bir neçə gün öncə Poylu kənd sakini Oqtay Osmanovun işlətdiyi mağazadan 270 manat nağd pul oğurlanıb.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.