Elxan Süleymanov: "Beynəlxalq ictimaiyyətin Qarabağ münaqişəsinə biganə yanaşması davam edir"
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş mətbuat konfransı keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə çıxış edən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı erməni təcavüzünün əsrlər boyu xalqımıza vurduğu mənəvi yaralardan söz açıb.
Azərbaycanda Vətəndaş Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, millət vəkili Elxan Süleymanov ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətinin əsrlər boyu davam etdiyini vurğulayıb. Millət vəkili Avropa Şurası tərəfindən qəbul olunan son qətnaməni bütövlükdə Azərbaycan xalqının uğuru kimi dəyərləndirib. Bununla belə, Elxan Süleymanov beynəlxalq ictimaiyyət tərəfindən Dağlıq Qarabağ münaqişəsinə qarşı sərgilənən biganə yanaşmanın hazırda da davam etdiyini təəssüf hissi ilə qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də erməni terrorizminin xalqımızın yaddaşında dərin izlər buraxdığını söyləyərək, dünya ictimaiyyətini bu vəhşiliklərə biganə yanaşmamağa çağırıblar.