Daha bir avtobus qəzası: yaralılar var

 

Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

BMW X5 markalı minik avtomobili 9 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusuna arxadan çırpılıb.

 

Qəza nəticəsində BMW-nin sürücüsü, 30 yaşlı Zöhrab Əliyev və avtobusun sürücüsü, 31 yaşlı Seymur Babayev xəsarətlər alıblar. Hər iki yaralı sürücü xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv