İrəvanda qeyri-adi etiraz: gənclər Sarkisyanın iqamətgahı qarışısında yerə uzandılar

Ermənistanın paytaxtı İrəvanda qeyri-adi etiraz aksiyası keçirilib. APA TV-nin məlumatına görə, fevralın 24-ü axşam saatlarında bir qrup gənc Ermənistan prezidentinin iqamətgahı qarşısında yerə uzanıb. Onlar bu yolla siyasi dustaqların azad olunmasını tələb ediblər.

 

Aksiya başlayandan dərhal sonra hadiə yerinə polis əməkdaşları cəlb edilib. Onlar aksiya iştirakçılarını zorla yerdən qaldıraraq, maşınlara mindiriblər və polis bölməsinə aparıblar.

 

Müəllif | Apa.Tv