Qaradağda 149 seçicinin yaşı 80-100 arasındadır
12 saylı Qaradağ - Binəqədi - Yasamal Dairə Seçki Komissiyasının məntəqələri 9 oktyabr prezident seçkilərinə hazır vəziyyətə gətirilib. APA TV-nin məlumatına görə, DSK-nın sədri Qəşəm Əhmədzadə deyir ki, komissiyasının əhatə etdiyi ərazidə 31 seçki məntəqəsi yaradılıb. Seçicilərin sayı 41 min 387 nəfər olan dairə məntəqələri bütün lazımı avadanlıqla təmin edilib. Yeddi məntəqədə əlil seçicilər də nəzərə alınaraq panduslar quraşdırılıb. Seçki məntəqələrinin girişində seçici siyahıları vurulub. Bundan başqa, 12 seçki məntəqəsi seçkiləri veb-kamera quraşdırılıb. Məntəqələrin hər biri işıq generatoru və istilik sistemi ilə təchiz edilib. 12 saylı Qaradağ - Binəqədi - Yasamal DSK- da seçkinin gedişini izləmək üçün 137 müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilərin 12-si öz təşəbbüsü ilə, digərləri isə siyasi partiyalar tərəfindən irəli sürülüb: "Dairə üzrə ilk dəfə səs verən seçicilərin sayı 1148 nəfərdir. Bundan əlavə, yaşlı seçici 80-100 yaş arası olan isə 149 nəfərdir. Hazırda bildirişlərin paylanması prosesi gedir".
Dairənin 12 saylı seçki məntəqəsinin yerləşdiyi binada fiziki imkanları məhdud vətəndaşların seçki məntəqələrinə rahat gəlməsi üçün panduslarla təmin olunub. Prosesdə şəffaflığın təmin edilməsindən ötrü məntəqədə vebkamera quraşdırılıb və seçici siyahıları tam dəqiqləşdirilib. Bundan əlavə 10 və 4 saylı seçki məntəqələrində seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün məntəqələrdə hər cür şərait yaradılıb.