İŞİD Liviyada 6 hərbçini güllələdi, 11-nin başını kəsdi
Liviyanın Sabrata şəhərində İŞİD terrorçularının hücumu qısa vaxt ərzində şəhərin təhlükəsizlik xidməti idarəsinin ələ keçirilməsi ilə nəticələnib.
APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, döyüş zamanı 17 polis əməkdaşı öldürülüb.
Sabrata şəhərinin meriyasından verilən məlumatda onlardan altısının atışma nəticəsində həyatını itirdiyi qeyd olunur. Digər 11 nəfər isə İŞİD-çilər tərəfindən əsir götürülüb və dərhal başları kəsilib.
Daha sonra əraziyə yeridilən əlavə qüvvələrin dəstəyi ilə terrorçular binanı tərk etməyə məcbur olub və oradan uzaqlaşıblar.