İlhamə Quliyeva vəfat etdi
Xalq artisti İlhamə Quliyeva dünyasını dəyişib. Müğənninin ailəsindən APA-ya bildirib ki, xalq artistinin vəziyyəti bu gün səhər qəflətən pisləşib.
Təcili yardım çağırılsa da, həkimlərin müdaxiləsi nəticəsiz qalıb, İlhamə Quliyeva dünyasını dəyişib.
İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Bir sıra xarici ölkələrdə qastrolda olub.
Xalq artisti Tükəzban İsmayılovanın qızıdır.
Allah rəhmət eləsin!