Bakıda hava küləkli, bölgələrdə yağıntılı olacaq

Fevralın 26-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, şimal küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq.

 

Fevralın 26-da Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskinli, bəzi şərq rayonlarında isə yağıntılı olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 2-7 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv