Əsəd qüvvələri Hələb yaxınlığındakı strateji şəhəri İŞİD-dən təmizlədi
Suriya ordusu Hələb şəhəri istiqamətində İŞİD-in nəzarətində olan Xanasər şəhərini terrorçulardan təmizləyib.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, adı çəkilən şəhər Bəşər Əsəd qüvvələrinin Hələbə girməsi üçün əsas maneələrdən biri olub.
Xanasər uğrunda döyüşlər bir neçə həftə davam edib. Şəhər hökumət qüvvələri tərəfindən güclü artilleriya və raket zərbələrinə məruz qalıb. Rusiya aviasiyası da bu uğurlu sonluğa öz töhfəsini verib. Amma Xanasər-Hələb yolunda hərəkət hələ bərpa olunmayıb. Terrorçuların bu istiqamətdə yenidən hücuma keçəcəyi bildirilir.