3600 manat saxta pulla tutulan şəxs: "Məqsədim dövriyyəyə buraxmaq idi"

Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları saxta əsginasları printerdə çap edib və onları dövriyyəyə buraxan Sabirli Dövlət Eldar oğlunu həbs edib.

 

APA TV-nin xəbərinə görə, 1994-cü il təvəllüdlü Sabirli 3620 manat saxta pulu bir neçə saatın içində çap edərək Bakıdan Sumqayıta gəlib və onu mağazalardan alış-veriş etməklə reallaşdırmaq istəyib: "8 ədəd 100-lük, 52 50-lik, 11 ədəd isə 20 manatlıq olub".

 

Saxlanılan şəxs pulların hazırlanması üçün rəngli printer aldığını etiraf edib: "Məqsədim dövriyyəyə buraxıb, pul əldə etmək olub. Dükanların birinə verəndə satıcı şübhələndi, tez polisə zəng elədilər. Polis gəlib tutub apardı".

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv