Çin iqtisadiyyatında növbəti çöküş! Devalvasiya gözlənilir
Çinin fond indeksləri 6 faiz aşağı düşüb. APA TV-nin Bloomberg-ə istinadən xəbərinə görə, bu, bəzi böyük kompaniyaların aksiyalarının qiymətinin 10 faiz ucuzlaşmasına səbəb olub.
Ümumiyyətlə, Çin kompaniyalarının qiymətli kağızlarının dəyərində son bir ay ərzində sürətli eniş müşahidə edilib.
Bu ilin fevralın 25-də əsas fond indeksi olan Shanghai Composite 6,8 faiz azalaraq, 2729,8 səviyyəsinə düşüb.
Bununla yanaşı Çinin 400 kompaniyasının aksiyaları 10 faiz ucuzlaşıb. Aksiyası bahalaşan hər şirkətə, əksinə səhmlərinin dəyəri ucuzlaşan 70 şirkət düşür. Ən çox dəyər itirən şirkətlər sənaye və texnologiya sahələri üzrə ixtisaslaşmış kampaniyalardır.
Daha böyük zərər isə Şençjen birjasının əsas indeksi olan SZSE Component-ə dəyib. Bu birjada daha çox dövlətə məxsus şirkətlərin səhmləri təmsil olunur.
Çinin iri və daha çox likvidivliyi olan 40 şirkətinin səhmlərinin dəyəri nəzərə alındığı indeks birdən-birə 7,74 faiz aşağı düşüb.
Hi-Tech şirkətlərinin və internet-startap kampaniyalarının dəyər dinamikasını əks etdirən ChiNext yüksək texnoloji indeksinin qiyməti 7,86 faiz azalıb.
"Bazarın vəziyyəti qeyri-stabil olmaqda davam edəcək, məhz buna görə hamı çıxış yolu axtarır. Bu cür enməni heç kəs təsəvvürünə belə gətirə bilməzdi", -deyə Central China Securities eksperti bildirib.
Xatırladaq ki, Çin Xalq Bankı ölkənin maliyyə sisteminə əlavə 340 milyard yuan çıxarıb. Bu təxminən 52,1 milyard dollar deməkdir.