Sergey Narışkin: "Rusiya onlara təzyiq göstərmir"
“Rusiya Ukraynanın və digər MDB ölkələrinin Gömrük İttifaqına daxil olmasında maraqlıdır, lakin onlar suveren dövlətlərdir və qərarlarını müstəqil qəbul edir. Rusiya onlara hər hansı təzyiq göstərmir”.
APA TV-nin məlumatına görə, bu fikirləri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin AŞPA sessiyasında sualları cavablandırarkən deyib. O bildirib ki, Rusiya yalnız öz tərəfdaşlarına Gömrük İttifaqına qoşulmağın və Avropa Birliyi ilə assosiasiya sazişi imzalamağın faydaları haqda müqayisəli informasiya təqdim edir. Seçim isə onlarındır.
Xatırladaq ki, Ermənistan AB ilə assosiasiya sazişi imzalamaq üçün 3 il danışıqlar apardıqdan sonra bu ilin sentyabrında Gömrük İttifaqına qoşulmağa qərar verib. Bu, AB-nin kəskin etirazına səbəb olub.