Erməni əsilli Türkiyə vətəndaşını öldürən erməniyə ömürlük həbs cəzası verildi
Erməni əsilli Türkiyə vətəndaşı Maritsa Küçükü öldürən Murat Nazaryana ömürlük həbs cəzası verilib.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Samatyada tənha yaşayan 85 yaşlı Maritsa Küçükün evinə girən Nazaryan onu bıçaqlayaraq öldürüb.
Yaxalanan Nazaryan haqqında "fiziki və əqli baxımından özünü müdafiə edə bilməyəcək şəxsi qəsdən öldürmə" cinayəti ilə İstanbul İkinci Ağır Cəza Məhkəməsində iş açılıb. Məhkəməyə Küçükün yaxınları Bayizar Midilli, Zadik Küçük, Yaşar Küçük də qatılıb.
Nazaryan Məhkəmədə "mən bu günə kimi heç kimlə dava etməmişəm. Amma cinayətdə günahlandırılıram. Bu cinayəti etmədim. Bəraət tələb edirəm" - deyə bildirib.
Məhkəmə heyəti Nazaryana ömürlük həbs cəzası verib.