Türklər rus “Lokomotiv”ini “vurdu” - QOLLAR

 

UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində növbəti oyun keçirilib. APA TV-nin məlumatına görə, Moskvada “Fənərbaxça” “Lokomotiv”in qonağı olub. Türkiyə və Rusiya arasındakı siyasi gərginliyin fonunda ötən oyun rusların yarımmüdafiəçisi Dmitri Tarasovun “mayka” skandalı ilə başlayan  həyəcan oyuna marağı daha da artırıb. Matç rusların üstünlüyü ilə başlayıb. Getdikcə təzyiqi artıran "dəmiryolçular" ilk hissənin sonunda hesabı açıb. Azərbaycan əsilli yarımmüdafiəçi Aleksandr Səmədov ikinci cəhddə topu braziliyalı Fabianonun qoruduğu qapıdan keçirib.

 

İkinci hissə də oxşar ssenari ilə davam edib. Ancaq 83-cü dəqiqədə Məhmət Topalın qolu moskvalılar üçün soyuq duş təsiri bağışlayıb. Ümumi hesabı 1:3 edən Topal "Fənərbaxça"nın növbəti tura keçidini rəsmiləşdirib.

 

 

 

 

Müəllif | Apa.Tv