Arabadan yıxılan 15 yaşlı oğlanın başına mismar batdı, öldü

Ağdamda bədbəxt hadisə baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, arabadan yıxılan 2001-ci il təvəllüdlü Əsgərov Qəzənfər Nəbi oğlu həyatını itirib.

 

Hadisə rayonun Baharlı qəsəbəsində qeydə alınıb. Uzunqulağa qoşulmuş arabadan yıxılan 9-cu sinif şagirdi Qəzənfərin başına mismar batıb. Yaralı yeniyetmə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv