Nardaranda 19 yaşlı gənci maşın vurdu
Ötən gecə Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb.
"Daewoo" markalı avtomobilin sürücüsü qəsəbədə maşını ilə hərəkətdə olarkən qarşısına anidən piyada çıxıb. Sürücü idarəetməni itirərək 19 yaşlı Həcəli Abdullayevi vurub. Hadisə zamanı piyada ağır yaralanıb.
Hadisəni törədən sürücü özü piyadanı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb. İlkin müayinə zamanı yaralının ayağının sındığı və kəllə-beyin travması aldığı məlum olub. Hadisə barədə xəstəxanadan dərhal polisə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.