Avro və rubl bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dəyişməyib. Mərkəzi Bank dolların kursunu 1,5624 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7282 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 20 manat 70 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.