Neft bahalaşdı, “Brent”in qiyməti 35 dolları keçdi

Dünya birjalarında neftin qiyməti 35 dollar ətrafında stabilləşməkdədir. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin qiyməti 35,29 dollar təşkil edib ki, bu da həftə ərzində qeydə alınan ən yüksək qiymətdir. Qərbi Texas nefti də 33 dollarlıq psixoloji həddi keçib. Hazırda WTI nefti birjalarda 33,05 dollardan satılır ki, bu da həftə ərzində ən yüksək həddir. Ekspertlər növbəti 24 saat ərzində neftin qiymətində ciddi dəyişiklik olmayacağını proqnozlaşdırır və həftənin son seansında qiymətlərin bugünkü səviyyədə başa çatacağını ehtimal edirlər. 

Müəllif | Apa.Tv
Apa.tv