MTN 18 narkotaciri yaxaladı
MTN aralarında Azərbaycan, Rusiya və Ukrayna vətəndaşlarının olduğu 18 nəfəri ifşa edib. Nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə ümumilikdə 13 kiloqramdan artıq narkotik vasitənin qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 18 nəfər, o cümlədən Azərbaycanın 16, Rusiyanın 1 və Ukraynanın 1 vətəndaşı şübhəli şəxs qismində tutulub, Keçirilmiş baxışlar zamanı ayrı-ayrılıqda 9 kiloqrama yaxın tiryək, 2 kiloqram 564 qram həşiş, 720 qram heroin və təxminən 900 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bütün faktlarla bağlı cinayət işləri başlanılıb, Rusiya vətəndaşı Quliyev Qəhrəman Arif oğlu, Ukrayna vətəndaşı Ağayev Asim Mirfeyruz oğlu, Azərbaycan vətəndaşları Nəzərov Aslan Bayraməli oğlu, İsgəndərov İlqar Mirzəli oğlu, Nuriyev Samir Ağamoğlan oğlu, Kərimov Emil Arzuman oğlu, Ağayev Rasim Mirfeyruz oğlu, Abdullayev Əmir İsa oğlu, Əliyev İlham Əmir oğlu, Nağıyev Rəşid Rəşid oğlu, Abdullayev Namiq Kərəm oğlu, Məmmədov Novruz Məmməd oğlu, Baxşiyev Amil Ələkbər oğlu, Səlimov Fuad Faiq oğlu, Ağayev Nazim Əsmətəli oğlu, Tağıyev Rövşən Surəddin oğlu, Tağıyev Vüqar Həmzə oğlu və Xalıqov Bayram Sarastan oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
APA TV-nin məlumatına görə, Amil Baxşiyevin kirayə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki mənzilinə keçirilmiş baxış nəticəsində, həmçinin 1 ədəd “Makarov” tipli tapanca, həmin odlu silaha aid 5 patron və 1 daraq da aşkar edilib.
Cinayət işləri üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.