Liviyada İŞİD lideri Əbu Süleyman yaxalandı
Liviyada İŞİD terror təşkilatına qarşı davam edən əməliyyatlar nəticəsində üç terrorçu ələ keçirilib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Tripoli yaxınlığındakı Tacura qəsəbəsində İŞİD-in Sabrata şəhərindəki əmiri Əbu Süleyman və onun iki köməkçisi yaxalanıb.
Qeyd edək ki, Liviya hökumət qüvvələri ilə müxalif qruplar arasındakı münaqişələri fürsət bilən İŞİD Sirte şəhərini ələ keçirmiş və neft istehsalı müəssisələrinə hücum etmişdi.