Avropadan Yəmən şiələrinə dəstək: Səudiyyəyə silah satılmayacaq

Avropa Parlamenti Yəmənə hərbi müdaxilə edən Səudiyyə Ərəbistanına silah embarqosu tətbiq edilməsi üçün Avropa İttifaqına çağırış edib.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, silah satışına qadağa üçün keçirilən səsvermə 212 səs əleyhinə, 359 səs lehinə olmaqla qəbul edilib.

 

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin Yəməndə husilərə qarşı təşkil etdiyi hava hücumlarında vətəndaşların hədəf olduğunu bildirən avropalı millət vəkilləri İngiltərə və Fransa başda olmaqla Avropa İttifaqına üzv olan ölkələri ər-Riyada silah satışına qadağa qoyulmasına çağırıb.

 

Qeyd edək ki, Yəməndəki koalisiya qüvvələrinin hava hücumlarına başladığı tarixdən bu yana təxminən 6 min nəfər ölüb. Yəməndə vətəndaş müharibəsi başlayandan bəri İngiltərə Səudiyyə Ərəbistanına 3 milyard dollarlıq, Almaniya isə keçən ilin ilk yarısında 200 milyon dollarlıq silah satıb.

Müəllif | Apa.Tv
Apa.tv