Xaçmazda yaşayış evi yandı

Bu gün gecə saatlarında Xaçmaz rayonunun Müşkür kəndində yanğın baş verib.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 1976-cı il təvəllüdlü kənd sakini Elşən Məmmədova məxsus yaşayış evinin tavanı qəfil alışıb.

 

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin  yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı yaşayış sahəsinin tavanına və 1 otağına ziyan dəyib. Görülən tədbirlər nəticəsində alov söndürülüb, digər otaqlara keçməsinin qarşısı alınıb.

 

Zərərçəkən şəxsin atası Fərrux Məmmədov hadisəni belə xatırlayır: "Elektrik xətlərində qısaqapanmadan sonra alışıb. Evin tavanı, paltarlar, evin əşyaları yanıb. Təxminən 4-5 min manatlıq əşya yanıb".

 

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Vəli Turan