Qusarda ana və 2 yaşlı qızı dəm qazından boğuldu

Qusar rayonunda dəm qazından ölüm faktı qeydə alınıb.

 

APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, Qusar şəhərində 27 yaşlı Sevil Yaşar qızı Vəliyeva və onun qızı, 2 yaşlı Aişə Vəliyevanın yaşadıqları evdə meyitləri tapılıb.

 

İlkin məlumata görə, ana və qızı dəm qazından boğulublar.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan