Rövnəq Abdullayev: "Yanan quyunu xilas etmək üçün bütün imkanlardan istifadə edirik"

Bakı şəhəri yaxınlığında inşa olunan yeni gəmiqayırma zavodu üçün artıq sifarişlər var. APA TV-nin məlumatına görə, ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib ki, təkliflər əsasən, Dövlət Neft Şirkəti və BP-nin «Şahdəniz» və «Azəri-Çıraq-Günəşli» layihələri üçün lazım olan gəmilərdir: " Fövqəladə Hallar Nazirliyi üçün də gəmilər layihələri hazırlanır. Bu ilin sonu - gələn ilin əvvəli bu layihələr hazırlanacaq. Artıq gələn ildən gəmilərin inşasına başlamaq istəyirik".

 

Rövnəq Abdullayev deyir ki, Azərbaycana dörd qazma qurğusunun tikilməsi lazımdır. Hazırda ikinci quyunun tikintisi gedir, ola bilər, üçüncü qazma qurğusunun da tikintisinə başlanılsın.

 

Bununla yanaşı, Dövlət Neft Şirkətinın prezidenti bu il Səngəçalda neft-kimya və neft-qaz emalı kompleksinin tikintisinə başlanacağını bildirib.

 

"Bulla-Dəniz" yatağındakı yanğından danışan Neft Şirkətinin prezidenti deyir ki, quyuda vəziyyət normaldır.

 

Rövnəq Abdullayev maksimum imkanlardan istifadə edib quyunu xilas etmək istədiklərini deyir.

 

 

Müəllif | Apa.Tv