İsveçin Baş Qərargah rəisi: "NATO Rusiya müharibəsi başlaya bilər"

"Baltik dənizində NATO ilə Rusiya arasında müharibə başlaya bilər". APA TV-nin xəbərinə görə, bu fikri İsveçin Baş Qərargah rəisi Maykl Bayden (Micael Byden) Latviyaya rəsmi səfəri zamanı bildirib. Bayden, qeyd edib ki, Rusiyanın bölgədəki hərəkətləri və buna qarşılıq NATO-nun artan gücü xoşagəlməz hadisələrə səbəb ola bilər.

 

Sitat: "İsveç, Rusiyanın siyasi hədəflərinə çatmaq üçün hərbi gücündən istifadə niyyətinin və bölgədə qüvvələrini artırdığı bir ortamda yaşayır. Digər tərəfdən NATO da qüvvələrini artırır. Baltik dənizi bölgəsində NATO ilə Rusiya arasında müharibə baş verə bilər".

 

Hər hansı gərginliyin İsveçə təsir edəcəyini deyən Bayden, Baltik dənizi çevrəsindəki digər ölkələrlə birlikdə cavabdehlik daşımağa hazır olduqlarını bildirib. Baş Qərargah rəisi qeyd edib ki, Rusiya təyyarələri İsveçə təhlükəli məsafəyə qədər yaxınlaşır. Bunu isə qəbul etmək İsveç üçün çətindir. 

Müəllif | Apa.Tv
Apa.tv