Diş texniki və köməkçisi iş adamının maşınından külli miqdarda pul oğurladılar - ŞƏMKİRDƏ CİNAYƏT
Şəmkirdə soyğunçuluq edən dəstə zərərsizləşdirilib. APA TV-nin məlumatına görə, dəstə üzvləri rayonda tanınmış sahibkarlardan birinə məxsus avtomobildən 15000 manat, 15800 ABŞ dolları və 1 ədəd mobil telefonu ələ keçirməyə cəhd göstəriblər.
Şəmkir rayon sakinləri 50 yaşlı Natiq Rzayev, 36 yaşlı Müşfiq Əhmədov və 22 yaşlı Sarif Əliyev qabaqcadan əlbir olub dəstə yaradaraq, rayon sakini Yalçın Sadıqovu qarət etmək üçün plan qurublar. Bir neçə gün sahibkar olan Sadıqovu təqib edən dəstə üzvləri işdən evə gedərkən onun “Mercedes” markalı avtomobilinin yük yerinə külli miqdarda pul qoyduğunu görüblər.
"Ötən gün axşam gördüm ki, güddüyümüz şəxs çıxır. Pulu avtomobilin yük yerindən qoydu, mən də gəldim, pulu götürüb qaçdım. Sonra yıxıldım, pulları atdım. Qaçdım meşəyə tərəf. Orada xidmət aparan post patrul xidmətinin əməkdaşları məni tutdular.
İstintaqla müəyyən olunub ki, sahibkar Yalçın Sadıqov bir həftə izlənilib. Plana əsasən, oğurlanan pullar bərabər şəkildə bölünməli imiş. Soyğunun sifarişçiləri Natiq Rzayev və Müşfiq Əhmədov də də saxlanılıb. Araşdırma zamanı məlum olub ki, sifarişçilərdən Müşfiq Əhmədov Şəmkirdə tanınmış diş texniklərindən biri olub. Oğurluğu həyata keçirən Samir Əliyev isə onun köməkçisi olub.