Əfqanıstanda güclü partlayış: 50 nəfər öldü

Əfqanıstanın Kunar əyalətinin Əsədabad şəhərində güclü partlayış baş verib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, partlayış şəhərdəki Qubernator Evinin yaxınlığında qeydə alınıb.

 

Nəticədə 50 nəfərin öldüyü məlum olub, 30 yaralı var. Ölü sayının artacağı istisna olunmur. Ölənlərin arasında çoxlu hərbçinin olduğu deyilir.

Əsədabad şəhəri Əfqanıstanın şərqində yerləşən Kunar əyalətinin mərkəzidir. Hadisəyə görə, hələlik heç bir terror təşkilatı məsuliyyəti üzərinə götürməyib.

Müəllif | Apa.Tv
Apa.tv