Latviya səfiri: "Xocalı hadisələri soyqırımı kimi tanınmalıdır"
"İstənilən münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür".
APA TV-nin xəbərinə görə, bu fikirləri Gənc Diplomatlar Birliyinin üzvləri ilə keçirdiyi görüşdə Latviyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuris Maklakovs səsləndirib.
"Latviya istənilən məsələdə hər zaman Azərbaycanın yanındadır. Dağlıq Qarabağ münaqişəsinə gəlincə, mənim təmsil etdiyim dövlət münaqişənin nizamlanmasında ölkə prezidentləri və nazirlər səviyyəsində keçirilən görüşləri dəstəkləyir. Hesab edirəm ki, beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllində fəal olmalıdır"
Səfir həmçinin ötən gün 24-cü ildönümü qeyd edilən Xocalı faciəsindən də danışıb, Latviyanın indiyə kimi Xocalı hadisələrini soyqırımı olaraq tanınmasının tərəfdarı olduğunu bildirib.
"Mən indiyə kimi hansı dövlətlərin Xocalıda baş verənləri məhz soyqırımı olaraq tanıdığını söyləməkdə çətinlik çəkirəm. Yalnız onu deyə bilərəm ki, Xocalı faciəsi haqqında kifayət qədər məlumatlıyam. 26 fevralda baş verənlər böyük faciədir və mən bu faciənin soyqırımı kimi tanınmasının tərəfdarıyam".