Hacıqabulda “KİA Sportace” dəmir səddə çırpıldı, çoxlu yaralı var

Hacıqabulda baş verən avtomobil qəzasında 6 nəfər yaralanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı-Qazax magistralının 108-ci kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “KİA Sportace” markalı 90 LP 010 dövlət nömrə nişanlı avtomobil  yoldan çıxaraq dəmir səddə çırpılıb. Nəticədə avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Hacıqabul rayon xəstəxanasına yerləşdirlib.  Yaralıların adları dəqiqləşdirilir. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv