İmişlidə "Mercedes" traktorla toqquşdu, ölən və yaralananlar var
İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, İmişli-Kürədmir avtomobil yolunda “Mercedes” markalı minik maşını ilə traktorun toqquşması nəticəsində Saatlı rayon sakini 1947-ci il təvəllüdlü Mürşüdov Ələmdar Bəxtiyar oğlu dünyasını dəyişib, 1976-cı il təvəllüdlü Mürşüdov Bəxtiyar Ələmdar oğlu və 1991-ci il təvəllüdlü Rəhimov Rəzi Seyidrəsul oğlu isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı İmişli rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.