İmişlidə qəbirsoyanlar tutuldu

İmişlidə avtomobillərdən akkumulyator və qəbiristanlıqlardan alüminium metal oğurlayan dəstə üzvləri saxlanılıb.

 

Bu barədə APA TV-nin Mil-Muğan bürosuna İmişli Rayon Polis Şöbəsindən məlumat verilib.

 

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri tərəfindən İmişli və digər rayonlarda oğurluq əməlləri törədilib. Keçirilən əməliyyat zamanı dəstənin 3 üzvü - İmişli rayonunun Boşçalılar kənd sakinləri, Cəbrayılov Qismət İbad oğlu, Əhədli Orxan Yavər oğlu və Əhmədov Rəşad Asif oğlu tutulub. Dəstə üzvləri Orxan Əhədlinin idarə etdiyi “Daewoo” markalı avtomobillə ərazidən qaçmaq istəyən zaman polis əməkdaşlarının avtomobili ilə  toqquşub. Oğru dəstəsinin üzvləri polis tərəfindən yaxalanaraq istintaqa təhvil verilib. Aparılan istintaq zamanı dəstənin İmişli, Salyan və digər rayonlar ərazisində 10-dan çox avtomobilə ziyan vurduqları məlum olub.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı