Dollar bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi yüksəlib. Mərkəzi Bank dolların kursunu 1,5655 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro manat qarşısında dəyər itirb. Avronun rəsmi məzənnəsi 1,7118 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi azalıb. Hazırda 1000 Rusiya rublu 20 manat 60 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.