Sərdar Həmidov dünyasını dəyişdi

Tərtər Özünümüdafiə Batalyonunun sabiq komandiri, Tərtər rayonunun keçmiş icra başçısı Sərdar Həmidov dünyasını dəyişib. Bu barədə APA TV-yə onun yaxınları məlumat verib.

 

Bir neçə gün öncə qəfildən halı pisləşdiyi üçün ağır vəziyyətdə 1 saylı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilən S.Həmidov axşam saatlarında dünyasını dəyişib.

 

Qeyd edək ki, S.Həmidov birinci Qarabağ savaşında bir neçə güllə yarası alıb, ağciyərinin bir payını itirib. Uzun illərdir o, yuxarı tənəffüs yolları xəstəliyindən, hipertoniyadan, diabetdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!

Müəllif | Apa.Tv