Şirvan və Hacıqabulda seçkiyə hazırlıq işləri başa çatıb

46 saylı Şirvan dairə seçki komissiyasında və seçki məntəqələrində bütün inzibati və texniki işlər başa çatdırılıb. Seçici siyahıları dəqiqləşdirilib, səs vermə hüququ olan seçicilərin ümumi sayı 38.862 nəfərdir. Seçki siyahılarına bu il ilk dəfə səs verəcək 18 yaşına çatmış 675 nəfər əlavə edilib. Seçicilərə bildirişlərin paylanması davam etdirilir. 12 məntəqəyə veb- kamera quraşdırılıb. Bütün seçki məntəqələrinin qarşısına təbliğat və təşviqat plakatlarının yerləşdirilməsi üçün tablolar bərkidilib. 5 məntəqədə pilləkənlərə əlil arabaları üçün panduslar quraşdırılıb. Hələlik Şirvanda seçkiləri müşühidə etmək üçün 283 yerli müşahidəçi qeydiyyatdan keçib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının nümayəndələri Şirvanda seçkiyə hazırlıq prosesini məntəqələri gəzərək izləməkdə davam edirlər.

 

APA TV-nin məlumatına görə, 58 saylı Hacıqabul-Kürdəmir dairə seçki komissiyasında isə yaşı 100-ü keçən 14 seçici var. 46 seçki məntəqəsindən 22-si yeni inşa edilib, 24-ü isə əsaslı təmir edilib. Səsvermə hüququ olan seçicilərin ümumi sayı 42.250 nəfərdir. 1.792 nəfər bu il ilk dəfə səs verəcək. Bu dəfəki seçkilərdə 80-100 arası yaşlarda 613, 100-dən yuxarı yaşı olan 14 nəfər səs verəcək. Xəstə və yaşlı seçicilərin ərizəsi əsasında onların yaşadıqları ünvana daşınan seçki qutusu vasitəsi səs vermələri təmin olunacaq. 8 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Bütün seçki məntəqələrinin qarşısına təbliğat və təşviqat plakatları yerləşdirilib. 3 məntəqədə pilləkənlərə fiziki məhdud şəxslərin arabaları üçün panduslar quraşdırılıb. Seçkiləri müşühidə etmək üçün 242 yerli müşahidəçi qeydiyyatdan keçib. 

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı