Suriyada atəşkəsin ikinci günündə Hələb bombalandı
Suriyada atəşkəsin ikinci günündə hərbi təyyarələr 6 yaşayış məntəqəsini bombalayıb. APA TV-nn "Euoronews"a istinadən verdiyi məlumata görə, hadisə Hələb şəhərində qeydə alınıb.
Suriya hökumətindən verilən açıqlamaya görə, hələlik bombardmançı təyyarələrin hansı qüvvələrə aid olduğunu müəyyən etmək mümkün olmayıb.
ABŞ və Rusiyanın Suriyada atəşkəs razılığı əldə etməsinin ikinci günündə yayılan hücum xəbəri müxaliflər tərəfindən də təsdiqlənib. Suriya müxaliflərinin iddialarına görə, Hələbin 6 yaşayış məntəqəsini Rusiyaya məxsus hərbi təyyarələr bombalayıb.