İraqda şiə şəhərində iki partlayış törədildi: 70 ölü

İraqın paytaxtı Bağdad şəhəri yaxınlığında yerləşən şəhərdə terrorçu-kamikadzelər tərəfindən eyni vaxtda iki partlayış törədilib.

 

APA TV-nin “Sky News”a istinadın verdiyi məlumata görə, terror aktı paytaxt yaxınlığındakı şiələrin yaşadığı Mədinə əs-Sədr şəhərində baş verib.

 

İŞİD kamikadzelərinin törətdiyi partlayışlar nəticəsində 70 nəfər həlak olub, 100 nəfər yaralanıb.

 

Hüquq-mühafizə orqanlarından bildirilib ki, terrorçular partlayıcı bağlanmış motosikletləri mobil telefon bazarında kütlənin içərisinə sürərək partladıblar.

 

Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Müəllif | Apa.Tv