Yunanıstan-Makedoniya sərhədində miqrant gərginliyi
Yunanıstan-Makedoniya sərhədində yüzlərlə miqrant gözləməkdə davam edir. APA TV-nin məlumatına görə, miqrantlar və qaçqınlar sərhəddə tətbiq edilən məhdudiyyətlərin tezliklə aradan qaldırılacağına və Avropaya səyahətlərini davam etdirəcəklərinə ümid edirlər.
Qeyd edək ki, Balkan ölkələri son bir neçə gün ərzində miqrantlara qarşı sərt tədbirlər görüb ki, bu da minlərlə qaçqın və miqrantın Yunanıstan ərazisində qalmasına səbəb olub. Onlar sərhəddəki İdomeni yaşayış məntəqəsində, açıq havada gecələməyə məcbur olublar. Yunanıstan könüllüləri miqrantlara və qaçqınlara süd və isti geyim paylayıblar.
Hazırda 5500-ə yaxın miqrant İdomenidəki çadır düşərgəsində, 500 miqrant isə yaxınlıqdakı qazdoldurma məntəqəsinin ərazisində yerləşdirilib.