Bakıda ana və qızını avtobus vurdu: ana öldü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 27-də Parlament prospektində, Milli Məclisin qarşısında qeydə alınıb.

 

63 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobus yolu keçən 1980-ci il təvəllüdlü Səadət Hüseynova və onun qızı, 2000-ci il təvəllüdlü Nuranə Hüseynovanı vurub. Nəticədə ana aldığı xəsarətdən hadisə yerindəcə ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv