Moskvada dəhşət: Hicablı dayə himayəsində olan uşağın başını kəsdi

Moskvada “Oktyabrskoye pole” metro stansiyasının yerləşdiyi ərazi mühasirəyə alınıb.

 

APA TV-nini Rusiya saytlarına istinadən xəbərinə görə, buna səbəb əlində kəsilmiş uşaq başı olan naməlum şəxsin “Allahu Əkbər” qışqırması olub.

 

Həmin adam qara paltarda olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə onun kişi ya qadın olduğunu müəyyən etməkdə çətinlik çəkiblər.

 

Qeyd edək ki, bir müddət öncə sözügedən metro stansiyasına yaxın ərazidə yerləşən evlərin birində başı kəsilmiş uşaq meyiti aşkarlanıb.

 

Daha sonra saxlanılan şəxsin həmin şəxsin qadın olduğu ortaya çıxıb. Hicablı qadının öldürdüyü uşağın dayəsi olduğu müəyyən edilib. Qadın yaxalanan zaman özünü partlatmaqla hədələyib.
 

Xatırladaq ki, bu gün səhər “Oktyabrskoye pole” metro stansiyasına yaxın ərazidə mənzildə yanğın baş verib. Yanğın söndürüldükdən sonra hadisə yerində 3-4 yaşlı uşağın başı kəsilmiş meyiti aşkarlanıb. İlkin ehtimallara görə, uşaq öldürüldükdən sonra mənzil yandırılıb.  

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv