Azərbaycan prezidenti Avropa Komissiyasının vitse-prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 29-da Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi qəbul edib.

 

APA TV-nin məlumatına görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub.

 

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının böyük əhəmiyyətə malik olduğu qeyd edilib və Maroş Şevçoviçin bu tədbirdə iştirakı məmnunluqla vurğulanıb.

 

Söhbət zamanı “Cənub qaz dəhlizi” layihəsinin icrasının hazırkı durumu və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv