Mustafa Dənizli "Galatasaray"dan ayrıldı
"Qaziantepspor"la görüşdən sonra istefa siqnallarını verən Mustafa Dənizli "Qalatasaray"ın bu günkü gündüz məşqinə çıxmayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, məşqə çıxmayan Mustafa Dənizli futbolçularla vidalaşıb. Onun daha sonra klub prezidenti Dursun Özbəklə görüşmək üçün Floryaya getdiyi bildirilir.