Türkdilli ölkələrin tarixçiləri Şəkidə toplaşdılar

Türkdilli dövlətlərin tarixçiləri  ortaq türk tarixini araşdırmaq üçün Şəkiyə toplaşıb. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutun təşəbbüsü keçirilən konfrans üç gün davam edəcək. APA Tv-nin xəbrinə görə, beynəlxalq konfransda Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan eləcə də Rusiyanın Dağıstan respublikasının tarixçi alimləri iştirak edir.

 

Beynəlxalq konfransın keçirilməsinin başlıca məqsədi də ortaq türk tariximizin öyrənilməsi və birgə kitabların, təhqiqatların aparılmasıdır. konfransın ikinci günündə iştirakçılar Şəkidə yerləşən qədim tarixi-memarlıq abidələri ilə yaxından tanış olacaqlar.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov