Tovuzda süpürgəçi qadını maşın vurub öldürdü
Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə hadisə bu gün səhər saatlarında Tovuz çayı üzərində olan körpünün yaxınlığında qeydə alınıb.
Rayonun Qovlar şəhər sakini Elşad Novruzov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə hərəkətdə olarkən yolu süpürən rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçisi, 1956-cı il təvəllüdlü Zöhrə Bayramovanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.