Dollar və rubl bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi yüksəlib. Mərkəzi Bank dolların kursunu 1,5687 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro manat qarşısında dəyər itirib. Avronun rəsmi məzənnəsi 1,7071 manat olaraq açıqlanıb.
Rusiya rublunun məzənnəsi isə artıb. Hazırda 1000 Rusiya rublu 20 manat 90 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.