ABŞ İŞİD-ə qarşı internetdə də mübarizəyə başlayıb

ABŞ-ın müdafiə naziri Eşton Karter Mosulun İŞİD-dən geri alınması üçün aparılan mübarizədə əhəmiyyətli yol qət etdiklərini bildirib.  

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, İŞİD terror təşkilatı ilə mübarizədə İraq ordusuna həm silah, həm də logistik dəstək verən E.Karter Pentaqonda keçirdiyi mətbuat konfransında İŞİD-lə mübarizədə gəlinən son nöqtəni müsbət qiymətləndirib:

 

"İnanıram ki, Ramadidə olduğu kimi, İraq qüvvələri şəhəri İŞİD-dən geri alacaq", - deyə müdafiə naziri bildirib.

 

O, İŞİD-ə qarşı virtual aləmdə mübarizəyə başladıqlarını da qeyd edərək, bununla da terror təşkilatının informasiya vasitələrindən istifadəsinin məhdudlaşdırılacağını ifadə edib.  

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama 2017-ci ilin maliyyə büdcəsində İŞİD-in yox edilməsi üçün 11 milyard dollar maliyyə ayrılmasını nəzərdə tutur.

Müəllif | Apa.Tv
Apa.tv