Bakıda bankomatdan külli miqdarda pul oğurlandı
Bakıda bankdan külli miqdarda pul oğurlanıb.
APA-nın məlumatına görə, “Expressbank”ın Bakıxanov qəsəbəsində yerləşən filialında ödəmə terminalı sındırılaraq içərisindən 13 min manat pul oğurlanıb.
Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinə məlumat verilib.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.