ABŞ-da neft və qaz istehsalçıları hasilatı azaltmağa qərar verdilər
Dünya bazarlarında normadan artıq xammalın mövcudluğu fonunda Birləşmiş Ştatlardan olan neft və qaz hasilatçıları karbohidrogen hasilatının azaldılması haqqında qərar qəbul edib.
APA TV-nin məlumatına görə, hazırkı vəziyyət bir il öncə mövcud olmuş durumdan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir il öncənin analoji dövründə qiymətlərin aşağı düşməsi fonunda istehsalçılar hasilat səviyyəsini artırmışdısa, indi isə əksinə, həm neft, həm də qaz sahəsində hasilatın azaldılması barəsində qərar qəbul edilib.
"The Wall Street Journal" nəşrinin yazdığına görə, Amerikanın bəzi iri istehsalçılarının qlobal xammal bolluğuna, eləcə də qiymətlərin aşağı olmasına rəğmən, uzun illərdən sonra ilk dəfə neft və qaz hasilatının azaldılmasına başladığı barəsində məlumat yayıb. Şirkətlər hasilatın azaldılması barəsində gəlirlərinin aşağı düşməsi ilə bağlı hesabatlarını təqdim etdikdən sonra qərar verib.
İlkin olaraq "Devon Energy" i "Marathon Oil Corp" 2016-cı ildə ümumi hasilat səviyyəsini 2015-ci ilə nisbətdə 10 faiz azaltmağı qərarlaşdırıb. Ondan fərqli olaraq "EOG Resoursces" isə ötən ildəkindən 5 faiz daha az neft hasil etməyi düşünür.
Hasilatın məhdudlaşdırılması planı ötən il, neft qiymətlərinin 1 barelə görə 30 dollara endiyi və buna rəğmən hasilatın davam etdiyi dövrlə kəskin şəkildə ahəngdarlıq təşkil edir. Analitiklər hasilat səviyyəsinin indiyədək maksimum həddə saxlanılmasını şirkətlərin borc və icarə öhdəliklərini yerinə yetirməli olduğu ilə əlaqələndirir.