Göygöldə "Jiquli" avtobusla toqquşdu: 1 ölü
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 369-cu kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb.
Rayonun Topalhəsənli kənd sakini, 1964-cü il təvəllüdlü İskəndər İskəndərov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən Gürcüstan vətəndaşı Ərzixan Süleymanovun idarə etdiyi “MAN” markalı avtobusla toqquşub. Qəza zamanı “VAZ”ın sürücüsü ağır bədən xəsarəti alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Göstərilən tibbi yardıma baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.