Sabirabadda dəhşətli qətl: qardaş bacısının başını kəsdi

Sabirabadda qardaş bacısının başını kəsərək qətlə yetirib. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qalağayın kəndində qeydə alınıb.

 

Kənd sakini, 1990-cı il təvəllüdlü Famil Əlirza oğlu İbişov bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə İbişovanın boğazını kəsərək qətlə yetirib.

 

Famil İbişov saxlanılıb. İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı