Sabirabadda 55 yaşlı kişi su kanalında boğuldu

Sabirabad rayon sakini su kanalında boğulub. APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, hadisə rayonun Çöl Beşdəli kəndində baş verib.  

 

Kənd sakini, 1961-ci il Nuriyev Rasət Siyasət oğlu kənddən keçən su kanalına düşərək boğulub. Yerli sakinlərin bildirdiyinə görə, axşam evə qayıtmayan Rasət Nuriyevin meyiti bu gün su kanalında aşkar edilib. Mərhum həmin gün içkili vəziyyətdə olub.

 

Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı